Ukraynada yeni HÖKUMƏTİN TƏRKİBİ MÜƏYYƏNLƏŞDİ

Kiyev Maydanı Ukraynanın yeni hökumətinin tərkibini müəyyənləşdirib. Mitinq iştirakçıları bu və ya digər namizədə münasibətlərini emosiyaları ilə ifadə ediblər.

 

Gözlədindiyi kimi, baş nazir vəzifəsinə "Batkivşina" fraksiyasının lideri Arseni Yatsenyukun namizədliyi irəli sürülüb. Maydan xarici işlər naziri vəzifəsində diplomat Andrey Deşitsanı görmək istəyir. Daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakovun bu vəzifədə təsdiqlənməsi təklif edilib.

 

Maydanın komendantı Andrey Parubiy Milli təhlükəsizlik və müdafiə Şurasının katibi ola bilər.

 

Hələlik yalnız infrakstruktur və müdafiə naziri vəzifələrinə namizəd irəli sürülməyib. Bu postları kimin tutacağı ilə bağlı məsləhətləşmələr davam etdirilir.

 

Ali Radanın hökumətin yeni tərkibini bu gün təsdiqləyəcəyi gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv