51 il kişi kimi yaşayan qadın

Türkiyənin Sivas vilayətində yaşayan 66 yaşlı Rəhimə Yüksəl 51 ildir, kişi kimi yaşayır. O, 15 yaşından bu yana kişi paltarları geyinir, təsbeh çevirir, kişilərlə eyni bərbərxanaya, çayxanaya gedir.

 

1 yaşından olarkən Rəhimə Yüksəlin atası öldükdən sonra anası onu oğlan kimi yetişdirib. Həmkəndliləri qadını "Rəhman" deyə çağırır. 15 yaşından sonra heç vaxt qadın paltarları geyinməyən, makiyajdan istifadə etməyən Rəhimə Yüksəl özünü belə daha xoşbəxt hiss etdiyini deyir.

 

Tək yaşadığını deyən Rəhimə Yüksəl heç vaxt ailə qurmaq barədə düşünmədiyini bildirir. 

Müəllif | Apa.Tv
Apa.tv