Xaçmazda qadın sürücü qəza törətdi

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində Xudat şəhər sakini, 30 yaşlı Seyid Sevincin idarə etdiyi “VAZ 21 06” markalı avtomobil qarşıdan gələn “Volkswagen” markalı maşınla toqquşub.

 

APA TV-nin xəbərinə görə, nəticədə xanım sürücü və digər avtomobildə olan Xaçmaz şəhər sakini, 29 yaşlı Orxan Novruzov müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Orxan Novruzovun xəsarətləri yüngül olduğundan o, ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Seyid Sevincin xəsarətləri isə nisbətən ağır olduğundan o, müalicəsini tibb müəssəsində davam etdirir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

Müəllif | Apa.Tv
Vəli Turan