Lerikdə də zəlzələ oldu

Fevralın 27-də Lerikdə zəlzələ hadisəsi qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən məlumata görə, zəlzələ saat 10.30-da Lerikdən 19 km şərqdə baş verib.

 

Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Tikintilərdə dağıntı yoxdur.

 

Qeyd edək ki, fevralın 26-da Qəbələdə də 3 bal gücündə zəlzələ qeydə alınıb.

 

Müəllif | Apa.Tv