Əmək kitabçaları LƏĞV OLUNACAQ

Azərbaycanda əmək kitabçaları ləğv olunur. APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bununla bağlı Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq, müvafiq tədbirlər keçirilir. Qanun layihələri hazırdır və digər mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılıb: "Azərbaycanda əmək kitabçaları ləğv olunacaq və onların yerinə elektron bildirişlər fəaliyyət göstərəcək. Yəni cəmiyyətdə hər bir işə götürən işə götürdüyü istənilən yeni adamla müqavilə bağlayan zaman onun haqqında bütün məlumatı elektron bazadan ala biləcək".

 

Səlim Müslümov bildirib ki, layihənin icrasına yaxın günlərdə başlanıcaq. 

Müəllif | Apa.Tv