Xocalıda ayaqlarını itirən qadın xaricdə müalicə olunacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Xocalıda iki ayağını itirmiş Xədicə Orucovanın problemini nəzarətə götürüb.
Lent.az-da Xədicə Orucova haqqında yazılan məqalədən sonra sosial müdafiə naziri Səlim Müslümov göstərişlər verib, komissiya yaradılıb.

ƏƏSMN-nin əlillərin sosial müdafiə siyasətinin şöbə müdirinin müavini Saday Abdullayev APA TV-yə deyib ki, həkim briqadası ayrılıb: "Qadının aşağı ətraflarının protezlərini hazırlanacaq. Yaxın müddət ərzində yeni protezlə təmin olması nəzərdə tutulub. Eyni zamanda digər reabiltasiya mərkəzlərində, hətta xaricdə onun müalicəsi təmin olunacaq".

Nazirlik Xədicə Orucovanın bacısı oğlunun müayinəsini də üzərinə götürüb. Onun müayinə və müalicəsi nazirliyin hesabına olacaq. Həmçinin, ailəyə birdəfəlik sosial yardım göstəriləcək: "Eyni zamanda xanımın bacısının işlə təminatı müzakirə olunacaq".

Saday Abdullayev bildirib ki, yaxın vaxtlarda komisya qərar verəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova