Şəhid hərbçimiz torpağa tapşırıldı

Fevralın 26-da şəhid olan hərbçi Kərəm Nöhbalayev dəfn edilib. APA TV-nin xəbərinə görə, o, doğulduğu Xaçmaz rayonunun Sayad kəndində torpağa tapşırılıb. Daha sonra yayılım atəşi açılıb.

 

Dəfn mərasimində Müdafiə Nazirliyinin və Xaçmaz rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Komandir Azər Məmmədov deyib ki, şəhid hərbçi xidmət etdiyi gündən nizam-intizamlı, bacarıqlı, şəxsi heyətinə qarşı qayğıkeş olub. Nümunəvi xidmətinə görə, kiçik-çavuş hərbi rütbəsi verilib. 

 

Milli Ordunun kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən ermənilərin açdığı atəş nəticəsində şəhid olub. O, müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

 

Müəllif | Apa.Tv
Vəli Turan