Lənkəranda tank əleyhinə minalar partladıldı

Lənkəran rayonunun "Dəhnə" adlanan ərazisində, Xəzər dənizinin sahilində 3 ədəd tank əleyhinə mina tapılıb. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin əməkdaşları və Sərhəd Qoşunlarının hərbi qulluqçuları cəlb olunub. Əraziyə baxış keçirildikdən sonra, əməliyyat şəraiti qiymətləndirilməklə lazımi təhlükəsizlik tədbirləri görülüb, minalar zərərsizləşdirilib.
APA TV-nin xəbərinə görə, həmin ərazidə əvvəllər də müxtəlif növ silah-sursat tapılırdı. SSRİ zamanında orada hərbi hissə yerləşirdi və silah-sursatın məhz həmin hərbi hissə tərəfindən əraziyə atıldığı ehtimal olunur.

 

Müəllif | Apa.Tv