Keçmiş məhkumdan silah tapıldı

"Düşmənim yoxdur, silahı yoldan tapmışam".

 

Bunu polisə ifadəsində təqsirləndirilən şəxs Zaur Cəlili deyir. Onun sözlərinə görə, yolda gedərkən ayağına "Makarov" tipli  tapanca ilişib.    Sumqayıt şəhər Polis İdarəsindən APA TV -yə verilən məlumata görə,  əməliyyatçılar  "Aran" kafesinin qarşısında tanımadığı şəxslərlə mübahisə edən şəhər sakini  Zaur Cəlilini  şübhəli şəxs qismində saxlayıblar . Əvvəllər məhkum olunmuş Cəlilinin üzərinə baxış zaman, ondan bir ədəd "Makarov" tipli odlu silah və 2 güllə darağı tapılıb. 

Müstəntiq Cabir Bağırovun sözlərinə görə, təqsirləndirilən şəxsdən aşkarlanan silahın səsboğucusunun olması istintaqın diqqətini cəlb edib.  Maddi sübut yoxlanılması üçün ekspertizaya göndərilib. Faktla bağlı qanunsuz odlu silah gəzdirmə maddəsi ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv