Abel Məhərəmov rüşvətdə adı hallanan fakültənin dekan müavinini İŞDƏN ÇIXARDI

Bakı Dövlət Universitetinin Tarix fakultəsinin dekan müavini Asif Bayramov tutduğu vəzifədən azad edilib. Bunu APA TV-yə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib. Onun sözlərinə görə, Tarix fakültəsinin dekan müavini Asif Bayramovun işdən çıxarılması 4-cü kurs tələbəsi Ramilə Kitçiyevanın şikayəti ilə əlaqəli deyil. Dekan müavini səhhəti ilə əlaqədar tutduğu vəzifədən çıxmaq üçün müraciət edib. O ki qaldi Cəfər Xanəliyevin fakültənin tyutoru vəzifəsindən xaric olunması ilə bağlı yayılan xəbərlərə, Pərvanə İbrahimova deyib ki, Cəfər Xanəliyevin fakültənin tyutoru vəzifəsindən xaric olunması barədə əmr yoxdur.

 

BDU-nun İnformasiya şöbəsinin rəhbəri  tələbənin qaldırdığı şikayət ilə əlaqədar BDU-da AMEA-nın müxbir üzvü Vasif Babazadənin rəhbərliyi ilə komissiya yaradıldığını da bildirib. Onun sözlərinə görə, hazırda komissiya şikayətin araşdırılması istiqamətində işə başlayıb və yaxın günlərdə  bununla bağlı mətbuata açıqlama veriləcək.

 

Müəllif | Apa.Tv