Krım Ali Şurası: "Yalnız Yanukoviçin legitimliyini tanıyırıq"
Krım Ali Şurası “Rus Birliyi”nin lideri Sergey Aksyonovu baş nazir seçib. APA TV-nin xəbərinə görə, Sergey Aksyonov Krım Muxtar Respublikası parlamentinin deputatı və Krım parlamentində “Rus Birliyi” fraksiyasının sədridir.
Krım Muxtar Respublikasının yeni baş naziri Sergey Aksyonov bəyan edib ki, bölgə yalnız Viktor Yanukoviçin prezidentliyini tanıyır və yalnız ona tabe olacaq:“Çətin günümüzdə Rusiya bizə əl uzatdı. Bu gün rəsmi Moskva regionun maliyyə vəziyyətini yaxşılaşdıra bilər. Əminik ki, qardaşlarımızla birlikdə xalqımız bu bölgənin sahibi olacaq. Rusiya maliyyə yardımı edəcəyinə söz verib. Hesab edirik ki, cənab Yanukoviç hələ də ölkənin başçısıdır”.
Baş nazir bildirib ki, regiondakı gərginliyi yalnız Rusiya sabitləşdirə bilər.