Krım parlamenti Nazirlər Şurasını istefaya göndərdi
Krım parlamenti Nazirlər Şurasını istefaya göndərib. İstefa tələbi Krım Ali Şurası tərəfindən olub. APA TV-nin xəbərinə görə, bu qərarı 55 deputat dəstəkləyib, iclasda 64 nəfər iştirak edib.
Qeyd edək ki, Krım Ali Şurasında 100 deputat var. Anatoli Moqilyovun rəhbəri olduğu Nazirlər Şurası 2011-ci ilin payızından fəaliyyət göstərirdi.
Digər yandan Kırımda Rusiya tərəfdarlarının etiraz aksiyası davam edir. Krım Muxtar Respublikasının məclis binasını işğal edən Rusiya tərəfdarları, binanın damında dalğalanan Ukrayna bayrağını çıxararaq yerinə Rusiya bayrağını asıblar. Onlar bölgənin statusunu müəyyən etmək üçün yenidən referendum keçirilməsini tələb ediblər.
Krımdakı Rus mənşəli aktivistlərin müdafiə qrupları bölgənin iki əhəmiyyətli şəhəri Sevastopol və Simferopol arasında nəzarət nöqtələri qurublar.
Rus mənşəli xalq milliyyətçi Ukraynalılardan müdafiə olunmaq üçün Rusiyadan silahlı kömək istəyib.