İSTANBULDA QARŞIDURMA: Polis aksiyanı dağıtdı
Türkiyəni İstanbul şəhərində hökumətin internet üzərində nəzarəti gücləndirmək məqsədilə qəbul etdiyi qanun layihəsi və son günlərdə baş nazir Ərdoğanla oğlu arasında iddia olan telefon danışıqlardan sonra etiraz aksiyalarına başlanılıb. APA TV-nin xəbərinə görə, etirazçılar mərkəzi küçələrdən birində yolu kəsərək, nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar.
Fəallar polisə daş və yandırıcı maddələr atıblar. Polis isə təzyiqli su şırnaqları və gözyaşardıcı qazlarla aksiyanı dağıtmağa çalışıb.
Qarşıdurmalar zamanı bir neçə nəfər xəsarət alıb.
Xatırladaq ki, Türkiyə baş prokurorluğu baş nazir Ərdoğanla oğlu arasında iddia edilən gizli telefon danışıqlarının yayımlanmasından sonra cinayət işi başladıb. İqtidar səs yazılarının montaj olduğunu desə də, müxalifət tərəfi telefon danışıqlarının doğru olduğunu iddia edir və baş naziri istefaya çağırır.