Bakıda lombarda SİLAHLI BASQIN: 2 YARALI VAR - YENİLƏNİB

Fevralın 27-sində Bakıda lombarda silahlı basqın olub. Yuri Paşutkin adlı basqınçı orada işləyən qadınla bir qədər söhbət etdikdən sonra qəflətən bıçağa əl atıb

 

APA TV xəbər verir ki, Bakı şəhər sakini Ülkər Teymurlunu yerə yıxan şəxs ətraf mağazalarda işləyənlərin ora gəldiyini görüb, qaçmaq istəyib. Lakin onu tutublar.

 

Özünün dediyinə görə, lombarda qarət məqsədilə girməyib.

 

Hadisə zamanı Ülkər Teymurlu ilə birlikdə, Natiq Əliyev də bıçaq xəsarəti alıb. Bakı sakini Yuriy Sergeyeviç Paşutkini Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları həbs ediblər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı