HAVALAR İSİNİR

Ölkə ərazisində mart ayının 1-i gündüzdən başlayaraq, yağıntılar tədricən kəsiləcək. Martın ikisi və üçündə isə əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq.

 

ETSN Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev APA TV-yə deyib ki, mart ayının 2-də və 3-də artıq temperatur rejimi ötən günlərlə müqayisədə nisbətən yüksələcək. Bakıda və Abşeron yarmadasında havanın temperaturu ayın 2-si və 3-də gündüz saatlarında 7-11 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcə isti, Dağlıq rayonlarda isə 2-7 dərəcə isti gözlənilir.

 

Mart ayının ikisi və üçündə meteroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas insanlar üçün əlverişli olacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova