Mağazalara qənim kəsilən 3 gənc tutulub
Xətai rayon Polis İdarəsinin əməkdaşları oğurluqda təqsirləndirilən NZS qəsəbəsinin sakinlərini saxlayıblar. Tutulan 3 nəfər mağazaları qarət etməkdə təqsirləndirilirlər.
Saxlanılan Rüstəm Rüstəmov deyib ki, gecə klubunda oturduqları zaman mağazaları qarət etmək qərarına gəliblər.
APA TV-nin xəbərinə görə, oğurlanan ərzaqlar 8 km bazarında satılıb. Yaxşı qazanc əldə etdiklərindən daha 2 dükanı yarmaq qərarına gəliblər. Bu dəfə qabaqcadan taksi cağıraraq, bütün malları maşına yükləyiblər.
Oğurlanan mallar səhər saat 5-də bazarlarda topdan və pərakəndə şəkildə satlıb. Evdən narahat etməsinlər deyə, çox vaxt mobl telefonlarını söndürüblər.
Dəstəyə rəhbərliyi 21 yaşlı Rərviz İsmaylov edib. Oğurlanan ərzaqların satışını və əldə olunan gəlirin bölünməsini o, təşkil edib. Faktla bağlı 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.