Gənclər fövqəladə hallara hazırdırmı? - TƏLİM
“Gənclərin fövqəladə hallara hazır olması fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında əsas amillərdən biri kimi” mövzusunda elmi-praktik konfrans keçirilib.
APA TV-nin xəbərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən konfras Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin, Təhsil Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən Universitetin prorektoru Zəfər Bayramov bildirib ki, konfransın məqsədi tələbə gənclərin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, bu sahədə mövcud nailiyyətlər, problemlər və perspektivləri müzakirə etmək, fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində yeni fikir və ideyalar ortaya qoymaqdan ibarətdir.
Fövqaladə Hallar Nazirliyinin fəaliyyətini davam etdirən videofilm nümayiş olunub.
Konfransda Azərbaycanın aparıcı təhsil ocaqlarının tələbələri çıxış edərək
Fövqaladə halların qarşısının alınması ilə bağlı müxtəlif aspektlərdən çıxışlar ediblər.