Xırdalanda uşaq evlərini yandırdı
Xırdalan şəhərində yanğın hadisəsi olub. Hadisə 28-ci məhəllə, bina 3 ünvanında qeydə alınıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
APA TV-nin xəbərinə görə, hadisəyə azyaşlının səbəb olduğu bildirilir. Evin xanımı Lalə Eyyubova deyib ki, uşaq divana od vurub.
Ev 40 kv/m sahədə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb, evin digər hissələrinə keçməsinin qarşısı alınıb.
Fakta bağlı araşdırma aparılır.