Türkiyədə AZƏRBAYCANLI ÖLDÜRÜLDÜ
Türkiyədə dostunun ad gününə gedən azərbaycanlı öldürülüb. APA Tv-nin xəbərinə görə, qətli Bursa vilayətinin Orhangazi rayonunda doğum gününü qeyd edən Fethi adlı şəxs törədib. O, 59 yaşını qeyd etmək üçün 3 dostunu evə dəvət edib. Spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb və Fethi tüfəngdən atəş açaraq, 40 yaşlı azərbaycanlı Ramin Ələzovu öldürüb. Həmin vaxt qonaqlıqda olan daha 1 azərbaycanlı və 1 gürcü evdən qaçaraq polisə xəbər verib.
Polis və jandarma hadisə yerinə gedərək Ələzovun cəsədini evin eyvanında tapıb, Yalova Dövlət Xəstəxanasının morquna göndərib. Cinayəti törədən şəxs isə saxlanılıb.