1 Mart - Beynəlxalq Mülki Müdafiə Günüdür
Ağdamda 1 Mart Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə regional tədbir keçirilib. APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi və Mülki Müdafiə Qoşunlarının Ağdam Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin şəxsi heyətinin iştirakı ilə hər iki qurumun texnika və ləvazimatlarının sərgisi də təşkil olunub. Sərgidə məktəblilərə və mülki şəxslərə fövqəladə hallar zamanı necə davranmalı, texnika və avadanlıqlardan necə istifadə etmək qaydaları izah edilib. Bu kimi vərdişlərə yiyələnmək həm də, orta məktəbdə dərs kimi tədris olunur.
FHN hər iki qurumunun əməkdaşları vaxtaşırı kənd və qəsəbələrdə yerli əhali arasında maarifləndirmə işi aparırlar ki, bu da insanların xoşagəlməz hallarda həyatına yaranan riskin azalmasına yardım göstərir.