Yanukoviçin İsveçrə banklarındakı hesabları donduruldu
İsveçrə hökuməti Ukraynanın 20 vətəndaşının ölkəsinin banklarındakı hesablarını dondurub. APA TV-nin xəbərinə görə, rəsmi siyahıda Viktor Yanukoviç, onun oğlu Aleksandr, Sergey Arbuzov, Nikolay Azarovun da adı var.
Həmçinin, Cenevrə prokurorluğunun yaydığı məlumata görə, çirkli pulların yuyulması ittihamı ilə Viktor Yanukoviçə qarşı cinayət işi açıb.
Avstriya hökuməti də Kiyevin tələbi ilə 18 Ukrayna vətəndaşının öz ərazisində olan banklardakı hesabına həbs qoyub.
Bu arada Viktor Yanukoviçin Rusiya ərazisində olduğu rəsmən təsdiqlənsə, Ukrayna Baş Prokurorluğu Moskvadan sabiq prezidentin ekstradisiyasını istəyəcək.
Bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir. Məlumatda qeyd olunur ki, Kiyev məhkəməsi V.Yanukoviçin həbsinə dair qərar çıxarıb. Fevralın 28-də Yanukoviçin təyyarəsi qırıcı təyyarələrin müşayiəti ilə Rostov-Dona eniş edib.