Kəmaləddin Heydərov qəbul keçirdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Quba şəhərində vətəndaşları qəbul edib. 

 

APA TV-nin şimal bürosunun məlumatına görə, nazirin qəbulunda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib.

 

Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

 

Müəllif | Apa.Tv
Vəli Turan