Kamal Abdulla REKTOR VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI
Azərbaycan prezidenti İlham Əliyev Kamal Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
APA TV-nin məlumatına görə, ölkə başçısı həmçinin, Kamal Abdullayevin dövlət müşaviri təyin olunması barədə də sərəncam imzalayıb. Həmin sərəncama əsasən, Kamal Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.