Səhər Əhməddən "Görüşməyənədək"

“APA Holding”də Səhər Əhmədin “Görüşməyənədək” şeirlər kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində  şairin qələm dostları Əkbər Qoşalı, Qan Turalı, Şərif Ağayar, Cavid Zeynallı, tanınmış jurnalistlər Rey Kərimoğlu, Azər Həsrət və başqaları iştirak edib.

 

APA Tv-nin xəbərinə görə, yazar Əkbər Qoşalı Səhər Əhmədin yaradıcılığından danışaraq, onun öz nəsildaşları arasında özünəməxsus yeri olduğunu vurğulayıb.

 

Şairin Murad Musayevin səsləndirdiyi "Ay qız" şeiri iştirakçıların diqqətini cəlb edib.

 

Tədbirdə çıxış edən Şərif Ağayar, Azər Həsrət, Əkbər Qoşalı və figərləri Səhər Əhmədin hələ deməyə çox sözünün olduğunu bildiriblər. Səhər Əhməd çıxışçılara, iştirakçılara  təşəkkür edib.

 

Qeyd edk ki, kitab “Elm və təhsil” nəşriyyatında 500 tirajla çap olunub.

 

Müəllif | Apa.Tv