Dövlət Sərhəd Xidmətinin zabiti yol qəzasında yaralandı
Balakəndə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə ötən axşam rayonun Talalar kəndi ərazisində baş verib. “VAZ 2106” və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində 51 yaşlı İmanov Sabruddin Abid oğlu, 78 yaşlı İmanov Bəşir Qurban oğlu və 26 yaşlı Yüzbaşov Tural Cəbrayıl oğlu aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Onların hər üçün Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan məlumata görə, 78 yaşlı Bəşir İmanovun vəziyyəti ağırdır. Digər yaralıların vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, Tural Yüzbaşov Zaqatala Sərhəd Dəstəsinin Balakən rayon zastavasının zabitidir. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.