Şəmkirdə dəhşətli qəza: 4 ÖLÜ, 2 YARALI
Bakı-Qazax magistralının Şəmkir rayonunun Seyfəli kəndindən keçən hissəsində dəhşətli yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Samux rayonun Qovlar Sarı kənd sakini, 50 yaşlı Elçin Xəlilovun idarə etdiyi “QAZ 24” markalı avtomobillə, Şəmkir rayonun Sabirkənd kənd sakini, 67 yaşlı Rəsul Əliyevin idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub. Hadisə zamanı “QAZ-24”ün sərnişini, Samux rayon Qovlar Sarı kənd sakini, 38 yaşlı İsgəndər İsmayılov, “VAZ 21011” markalı avtomobilin sürücüsü, eləcə də, həmkəndliləri - 65 yaşlı Rəfiqə Əliyeva, 41 yaşlı Rəqibə Əliyeva hadisə yerində dünyalarını dəyişiblər. “QAZ 24”ün sürücüsü Elçin Xəlilov və “VAZ 21011”də olan digər sərnişin, 20 yaşlı Anarə Əliyeva bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.