Rza Zərrab və nazir övladlarının azadlığa buraxılmasına kəskin etiraz!
Türkiyədə səs-küylü "17 dekabr" işi üzrə həbs edilənlərdən 5-i azadlığa buraxılıb. Şübhəli şəxslərin vəkilləri həbs-qətimkan tədbirinin ləğvi ilə bağlı məhkəməyə müraciət ediblər. Məhkəmə iş adamı Rza Zərrab, keçmiş daxili işlər naziri Müammər Gülərin oğlu Barış Gülər, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan, eləcə də, Hikmət Tunər və Özgür Özdəmirin azadlığa buraxılmasına qərar verib. Azadlığa buraxılanlara ölkəni tərk etmək qadağası qoyulub və onlar həftədə bir gün təhlükəsizlik mərkəzinə gedərək imza atmalıdırlar.
Məhkəmənin qərarına görə, şübhəlilərin rüşvət almağa və verməyə vasitəçilik etmək, cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratmaq və rüşvət vermək cinayətlərini törətməsinə dair dəlillər dinləmə və görüntülərin qeydə alınması vasitəsilə əldə edilib. Bu faktlar əlavə sübutlarla dəstəklənmirsə, dəlil hesab oluna bilməz.
Barələrindəki həbs-qətimkan tədbiri ləğv edilən Rza Zərrab, Barış Gülər və Kaan Çağlayan artıq Metris həbsxanasından çıxıblar.
Cinayət işindəki yeniliyə Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan münasibət bildirib. O, bu qərarı gözlədiyini deyib:
Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun Rəcəb Tayyip Ərdoğanın "Ədalət yerini tapdı" bəyanatına cavabı həm qısa, həm də sərt olub:
Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı da məhkəmənin qərarına etiraz edib. Onun sözlərinə görə, Türk milləti günahkarların, haramı halaldan üstün tutanların təzyiqi altındadır.
***************