Aydın Əliyev: “Qəbullar zamanı edilən müraciətlərin 80 faizi işə qəbulla bağlıdır”
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Gəncə şəhərində vətəndaşları qəbul edib. Gəncə ilə yanaşı, Naftalan, Goranboy, Kəlbəcər və Daşkəsən rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətlərinə baxılıb.
Qəbulda iştirak edən vətəndaşlardan bir nəfərinin şikayəti Mərkəzi Gömrük Hospitalı ilə bağlı olub. Digər vətəndaşlar isə işlə bağlı müraciət ediblər.
Aydın Əliyev bildirib ki, indiyədək müxtəlif bölgələrdə keçirilən 10 qəbulda vətəndaşların 80 faizi işlə bağlı müraciətlər edib.
Gəncədə də iş üçün müraciət edənlərə izah edilib ki, gömrük orqanlarında işə qəbul qanunvericiliyə uyğun olaraq müsabiqə və test üsulu yolu ilə aparılır.