Hərbi çağırışçı yol qəzasında dünyasını dəyişdi - FACİƏ
Balakəndə baş verən yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb. APA TV-nin məlumatına görə, ölümlə nəticələnən ağır yol hadisəsi rayonunun Tülü kənd ərazisində baş verib. Balakən rayon Qullar kənd sakini 25 yaşlı Qarayev Rəşid Məhəmməd oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə “Kamaz” markalı yük maşını toqquşub. Qəza nəticəsində “VAZ 2106”nın sürücüsü Rəşid Qarayev və onun avtomobilində olan sərnişin, Balakən rayonu Hənifə kənd sakini, 18 yaşlı Xəlilov Ənvər Akif oğlu aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Balakən Mərkəzi rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Ənvər Xəlilovun xəsarətləri ağır olduğundan, o, xəstəxanada dünyasını dəyişib. Digər yaralı Rəşad Qarayevin vəziyyəti ağır hesab edilir.
Qeyd edək ki, qəza nəticəsində ölən Ənvər Xəlilov hərbi çağırışçı idi. Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.