Azərbaycanda havanın temperaturu yüksələcək - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu əvvəlki günlərlə müqayisədə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA Tv-yə bildirilib ki, martın 2-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz, dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da martın 2-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq rayonlarında hava çiskinli olacaq. Şərq küləyi əsəcək.

Mülayim hava şəraiti ölkə ərazisində bazar ertəsi də davam edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv