“Qadın uzanmışdı, dedim ki, qışqırma, pul ver, yoxsa öldürərəm” - CİNAYƏT

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları ötən ilin dekabrından axtarışda olan 1996-cı il təvəllüdlü, Bakı şəhər sakini Vüsal Əkbərovu yaxalayıblar. İstintaqla müəyyən olunub ki, Vüsal Əkbərov Mərdəkan qəsəbəsində yerləşən Dürdanə Müseyibovaya məxsus evə pəncərəni sındırmaq yolu ilə daxil olub, ev sahibinə bıçaqla hədə-qorxu gələrək 1000 manat pulunu və mobil telefonu alıb. İbtidai istintaq verdiyi ifadəsində Əkbərov oğurluğa dostları ilə gəldiyini deyib. Lakin dostları sonradan fikirlərini dəyişiblər.

 

“Onlar qorxub qaçdılar. Biri dedi ki, iki gündən sonra zəngləşərik. Mən də əvvəlcə evə qayıtmaq istədim, sonra fikrimi dəyişib tək getdim”. Vüsal Əkbərovun sözlərinə görə, qadının tək yaşadığını bilirmiş. İçəri keçəndə ev sahibi Müseyibova çarpayıda uzanıqlı vəziyyətdə olub.
 

“Qalxdı, qəflətən qışqırdı. Yaxınlaşdım, dedim ki, qışqırma, pul ver, gedim. Çıxarıb 1000 manat verdi, sonra telefonunu da götürdüm”. Faktla bağlı quldurluq maddəsi cinayət işi başlanıb. Xəzər RPİ-nin istintaq şöbəsində araşdırmalar davam etdirilir.
 

Müəllif | Apa.Tv