Rusiya Krıma 6000 hərbçi yeridib, Ukrayna ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Rusiya Krıma 700 nəfərlik xüsusi təyinatlılar qrupu göndərib. Sevastopoldakı hərbi mənbə bildirib ki, Rusiya Qara Dəniz Donanmasının “Nikolay Filçenkov” desant gəmisi 700 xüsusi təyinatlını dünən axşam saatlarında Rusiyanın Sevastopoldakı hərbi-dəniz bazasına çatdırıb.


Ukraynanın müdafiə naziri vəzifəsini icra edən admiral İqor Tenyux isə Ukrayna hökumətinin iclasında bildirib ki, Rusiya Krıma artıq 6 min hərbçi yeridib. Nazir qeyd edib ki, bununla əlaqədar Ukrayna ordusunun Krımdakı hərbi birləşmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

İ. Tenyux həmçinin Krım ərazisində Rusiyaya məxsus 30-dək “BTR-80”-nin yerinin dəyişdirildiyini, rusiyalı hərbçilərin inzibati binaları və hərbi hissələri mühasirəyə aldığını deyib.

Müəllif | Apa.Tv
Apa.tv