“Tottenham” Burak Yılmazı transfer siyahısına daxil edib
“Tottenham” klubu “Galatasaray”ın hücumçusu Burak Yılmazı transfer etmək istəyir. İtaliya mətbuatının yazdığına görə, ingilis klubu 28 oyunda cəmi 10 qol vuran Roberto Soldadonun oyunundan razı deyil və onun yerinə başqa hücumçu transfer etmək istəyir. “Tottenham”in transfer etmək istədiyi hücumçular siyahısında ilk yerdə Burak Yılmazın adı yer alır. Burakın oyununu izləmək üçün İstanbula gələn “Tottenham” skautları “Çelsi” ilə matçda hücumçunun oyununu bəyəniblər. Londonda keçirilən “Çelsi” - “Galatasaray” oyunundan sonra Burakla bağlı yekun hesabat hazırlanaraq klub rəhbərliyinə təqdim olunacaq.
Mətbuat ingilislərin Mario Balotellini də transfer etmək niyyətində olduğunu yazıb. “Tottenham” Balotelli üçün “Milan” klubuna 26 milyon funt sterlinq təklif etməyə hazırlaşır. İtalyan klubu isə öz ulduzu üçün ən azı 30 milyon funt sterlinq tələb edir.