Matviyenko: “Krıma hərbi kontingent yeridiləcəyi istisna deyil”

Rusiya Federasiya Şurası Krımda yaşayan rusların və Qara dəniz donanmasının təhlükəsizliyini təmin etmək üçün Krıma məhdud hərbi kontingent yeridilə biləcəyini istisna etmir. Belə bir bəyanatla Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edib. Onun sözlərinə görə, müvafiq qərarı ölkə prezidenti verəcək. Lakin bu gün vəziyyəti nəzərə alsaq, belə variantı istisna etmək olmaz.

Dövlət Duması isə prezident Vladimir Putini Krımdakı vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görməyə çağırıb. Krımın yeni baş naziri Sergey Aksyonov muxtar respublikanın strateji obyektlərinin mühafizəsinə Rusiyanın Qara dəniz donanması hərbçilərinin cəlb olunduğunu etiraf edib. O qeyd edib ki, muxtar respublikanın strateji obyektlərinin mühafizəsi üçün rusiyalı hərbçilərlə əməkdaşlıq edilir.

Bu arada Ukraynanın rusdilli əhalisi və milliyyətcə rus olan vətəndaşları Rusiya prezidenti Vladimir Putinə petisiya ünvanlayıblar. Onlar Putindən Ukraynanın daxili işlərinə qarışmamağı xahiş ediblər. Petisiyanı artıq 34 min nəfər imzalayıb.

Müəllif | Apa.Tv
Apa.tv