Putin Ukraynaya qoşun yeridəcək, Federasiya Şurası müraciətə cavab verdi – MÜHARİBƏ BAŞLAYIR
Vladimir Putin ictimai-siyasi vəziyyəti sabiqləşənə kimi Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrindən istifadəyə icazə vermək üçün Federasiya Şurasına müraciət edib. APA TV-nin UNİAN-a istinadən yaydığı məlumata görə, müraciətdə bildirilir ki, Ukraynada son dərəcə ağır vəziyyət yaranıb: “Bu vəziyyət Ukraynada yaşayan soydaşlarımız, həmçinin Krım Muxtar Respublikasında dislokasiya olunmuş Rusiya Silahlı Qüvvələrinin hərbi kontingentinin şəxsi heyəti üçün təhlükə törədir. Bu səbəbdən Federasiya Şurasından ictimai-siyasi vəziyyət normallaşana kimi Ukraynada Silahlı Qüvvələrimizdən istifadəyə icazə vermək barədə müraciət edirəm”
Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Krımda vəziyyəti stabilləşdirmək üçün Ukraynaya hərbi kontingent yeridiləcəyini istisna etməmişdi.