Rusiya ABŞ-dakı səfirini geri çağırır
Rusiya Federasiya Şurası ABŞ-dakı səfirinin geri çağırılması ilə bağlı prezident Vladimir Putinə müraciət edib. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib. Onun sözlərinə görə, ABŞ-ın Rusiyanın ünvanına hədələyici fikirlər səsləndirməsi rus xalqına qarşı hörmətsizlikdir. Valentina Matviyenko bildirib ki, ABŞ prezidentinin Rusiya Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə hesab verməli olacaq sözləri rus xalqına qarşı hörmətsizlikdir. Ona görə də, Rusiya Federasiya Şurası prezident Vladimir Putinə ölkənin ABŞ-dakı səfirini geri çağırması ilə bağlı müraciət edib. Qərarı Rusiya prezidenti verəcək. Rusiya prezidentinin bu müraciətlə bağlı verəcəyi qərar isə maraqla gözlənilir.