Krımda milis dəstəsinin əməkdaşlarına Rusiya pasportu verilir

Ukraynanın “Berkut” xüsusi təyinatlı milis dəstəsinin  Krım bölməsinin 9 əməkdaşına Rusiya pasportu verilib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Simferopoldakı baş konsulluğunun mətbuat xidmətinin nümayəndəsi Yevgeniya Kaplunenko bildirib.  

“Bu günlük sənədləşmə işi yekunlaşıb”, deyə o bildirib. Onun sözlərinə görə, Rusiyanın Simferopoldakı baş konsulluğuna “Berkut” xüsusi təyinatlı milis dəstəsinin döyüşçülərindən Rusiya vətəndaşlığının alınması ilə bağlı çoxlu zənglər və məktublar daxil olur.

Müəllif | Apa.Tv