Vitali Kliçko: Səfərbərlik elan edilməlidir
"UDAR" partiyasının lideri Vitali Kliçko Rusiyanın Ukraynaya qoşun yeridilməsi ilə bağlı ölkədə ümumi səfərbərlik elan edilməsinə çağırış edib. APA TV-nin Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, ölkə prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinova müraciət edərək hərbi təcavüzlə bağlı təcili olaraq BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün BMT-yə ərizə ilə müraciət etməyi təklif edib. Kliçko həm də Ali Radanın təcili sessiyasının çağırılmasının və Krımda Rusiyanın Qara dəniz hərbi donanmasının mövcudluğu barədə sazişin qüvvədən salınmasını müzakirə etməyi təklif edib.