Kənd təsərrüfatı siyahıya alınır
Kənd təsərüfatının siyahıya alınması üçün hal-hazırda böyük hazırlıq işləri gedir. Bunu Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Meri Əmirova deyib. O, bildirib ki, artıq tədbirlər planı təsdiq olunub. Komitənin Məlumatların Yayılması şöbəsinin müdiri Meri Əmirova deyib ki, hazırda bizim kənd təsərüfatı mütəxəsisləri Moskvada siyahıya alma ilə bağlı keçirilən iclasda iştirak edirlər. Blankların forması, doldurulması, metadologiyası hamısı işlənilib, hazırdır. Siyahıya alma artıq ikinci dəfədir bizim ölkədə keçirilir. Əlavə edib ki, burada əsas məsələ maliyyə vəsaitidir ki, o da hələ ayrılmayıb. Bildirib ki, siyahıya alma indi dövlət proqramına salınıb. Ona görə də ümüd edilir ki, maliyyə ayrılacaq və siyahıya alma keçiriləcək. Qeyd edək ki, Nazirlər Kabineti 2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıya alınmasının keçirilməsi haqqında qərar verib.