ALİ RADA PUTİNƏ MÜRACİƏT ETDİ
Ukrayna Ali Radası Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeridilməməsi ilə bağlı bu bu ölkənin prezidenti Vladimir Putinə müraciət edib. Bu barədə parlamentin Krımdakı vəziyyətlə bağlı qəbul etdiyi bəyanatda göstərilib. "Batkivşina" partiyasından olan deputat Andrey Şevçenkonun sözlərinə görə, bəyanat 318 deputatın səs çoxluğu ilə qəbul edilib. Sənəddə həmçinin deyilir ki, Ukrayna suveren, azad ölkədir və ölkənin daxili işlərinə istənilən hərbi müdaxilə yolverilməzdir. Həmçinin qeyd edilir ki, bundan başqa Krım Muxtar Vilayəti Ukraynanın ayrılmaz hissəsidir və buradakı fəaliyyət Ukrayna Konstitusiyası və qanunları ilə tənzimlənir. Sənəddə Ukraynanın ərazi bütövlüyünə Budapeşt memorandumu ilə qarantiya verildiyi də xüsusi vurğulanıb. Bəyanatda referendumun keçirilməsi, münaqişələrin beynəlxalq vasitəçilərin iştirakı ilə həll olunması xüsusi qeyd olunub.