Rusiya ordusu Kerçdə hərbi hissəni mühasirəyə aldı

Hərbi geyimdə olan adamlar Kerçdə dəniz piyada qüvvələrinin ərazisini mühasirəyə alıblar. Hərbi hissənin qapısına "Ural" markalı, üzərində Rusiya nömrəsi olan yük maşını sürülüb. Rusiyanın hərbi qüvvələrinə məxsus geyimdə olan əsgərlər Rusiyadan olduqlarını etiraf ediblər. Bütün ərazi boyu silahlı döyüşçülər düzülüb. Onlar hələlik heç bir müdaxilə etmirlər. İçəridə Ukrayna ordusunun hərbçiləri isə öz növbələrində qapının o biri tərəfinə hərbi texnika gətiriblər. Buraxılış məntəqəsində tank əleyhinə qurğular da yerləşdirilib. Hərbi hissə komandirinin müavini Aleksey Nikiforov jurnalistlərə deyib ki, onlara rus hərbçiləri hərbi hissəni birgə qorumaq üçün təklif göndəriblər. O bildirib ki, hərbi hissədə vəziyyət Ukrayna hərbçilərinin nəzarətindədir. Kənar şəxslərdən içəridə heç kəs yoxdur. Şəxsi heyət rəhbərliyin əmrlərinə hazırdır. Komandir müavini batalyonun təslim olması barədə şayiələrə də münasibət bildirib. O, bunun yalan olduğunu deyib.
 

Müəllif | Apa.Tv