Nişandan qayıdan avtobus uçuruma aşdı: 40 yaralı

Türkiyədə dəhşətli yol qəzası baş verib. Kəndlərdən birində keçirilən nişan mərasimindən qayıdanları daşıyan avtobusun aşması nəticəsində 40 nəfər yaralanıb. Avtobus Aksaray-Adana yolunda 10 metr dərinliyində uçuruma yuvarlanıb. Hadisəyə sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.

 

Yaralılar Aksaraydakı müxtəlif xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv