Liviya Milli Konqresinə silahlı hücum

Liviya Milli Konqresinin binasına silahlı hücum olub. Hadisə nəticəsində 1 nəfər ölüb, onlarla adam xəsarət alıb. İki deputat da odlu silahdan açılan atəşlə yaralanıb.

 

İlkin məlumata görə, bazar günü axşam saatlarında Konqresin buraxılmasını tələb edən onlarla nümayişçi parlament binasına daxil olub. Onlar binanı talan ediblər, sonra isə od vurublar. Hucum edənlər bir neçə deputatı döyüblər. Bəzi parlament üzvləri binadan qaçmağa cəhd göstərsələr də, atəşə tutulublar.

 

Nümayişçilərdə soyuq və odlu silahlar, eləcə də taxta parçaları olub.

Müəllif | Apa.Tv
Apa.tv