TQDK Apellyasiya komissiyası yaradıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistratura pilləsinə qəbulla bağlı Apellyasiya komissiyası yaradıb. APA TV-nin xəbərinə görə, Apelyasiya komissiyası ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2014/2015-ci tədris ili üçün qəbul imtahanının 2 mart 2014 cü il tarixində keçirilmiş birinci mərhələsinin məzmunu ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün təşkil olunub.  Bakalavrlar Apelyasiya komissiyasına 3-5 mart 2014-cü il tarixlərində saat 10.00 dan 17.00-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Qeyd edək ki, martın 2- si ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanı keçirilib. 

Müəllif | Apa.Tv
Almaz Qasımova