Masallıda avtomobil külə döndü
Masallı rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, hadisə Ələt-Astara magistralının 187-ci kilometrliyində - rayonun Musakücə kəndi ərazisində Sabirabad rayon sakini, 1956-cı il təvəllüdlü Fərzəli Məmmədəli oğlu Nəsirova məxsus "01 BX 644" dövlət nömrə nişanlı minik avtomobilində qeydə alınıb.
Yanğının söndürülməsindən ötrü hadisə yerinə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının yaxınlıqdakı avtomobillərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, avtomobil tamamilə yanaraq, yararsız vəziyyətə düşüb. Yanğının avtomobilin mühərrikində elektrik naqillərinin qısaqapanması nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.