Qubada yeniyetmə dəm qazından zəhərləndi
Qubada dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba şəhər sakini, 15 yaşlı İlkin Musayev dəm qazından zəhərlənib. O, dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yeniyetmənin vəziyyətinin orta-ağırdır. Bunu həkim Ayaz Səfərov deyib.
Faktla bağlı araşdırma aparılır.