Bakıda LAL-KAR QADINI ÖLDÜRƏN ŞƏXS YAXALANDI

Bakıda 2 həftə əvvəl baş verən qətl hadisəsinin üstü açılıb. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 67 yaşlı Gülnarə Ağayevanı qətlində təqsirləndirilən 30 yaşlı Elşən Vəliədov saxlanılıb. Onun üzərində oldu silah aşkarlanıb.

APA TV-nin xəbərinə görə, hadisə fevralın 28-də Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, Gülnarə Ağayeva yaşadığı evdə qətlə yetirilib. Qətli törədən şəxs və ya şəxslər daha sonra evi qarət ediblər.

Hadisə barədə polisə ilk məlumatı Gülnarə Ağayevanın nəvəsi, 17 yaşlı Leyla İsrafilzadə verib. Axşam evə gələn Leyla İsrafilzadə nənəsinin üzərində xəsarətlər olan meyitini aşkar edib və evin qarət olunduğunu görüb.

Baş vermiş hadisə ilə bağlı Suraxanı rayon Prokurorluğuda cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı