Yanğında ölən ana və qızı xalq artisti Ağaxan Abdullayevin yaxın qohumlarıdır
Bakıda yaşayış evində baş verən yanğında ölən ana və qızının adları məlum olub. Xəzər Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, martın 1-də Türkan qəsəbəsində Təravət Abdullayevanın yaşadığı mənzildə yanğın baş verib.
Nəticədə 50 yaşlı Təravət Abdullayeva və qızı, 20 yaşlı Samirə Abdullayeva tüstüdən boğularaq ölüblər.
Ölənlərin Azərbaycanın xalq artisti Ağaxan Abdullayevin yaxın qohumları olduğu müəyyənləşib. Təravət Abdullayeva xalq artistinin qardaşının həyat yoldaşı, Samirə Abdullayeva isə qardaşının qızıdır.
Fakta bağlı araşdırma aparılır.