Yağış yağacaq - YAXIN İKİ GÜN ÜÇÜN HAVA PROQNOZU
Martın 4-də və 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin 4-də gecəyə doğru və 5-də gecə saatlarında bəzi yerlərdə az yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 8-13 dərəcə arasında dəyişəcək.
Sinxron: Gülşad Məmmədova Proqnozlar bürosunun direktor müavini
Bölgələrimizdə də martın 4-də gündüz qərb rayonlarında, axşama doğru isə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Artıq 5-də gündüz və 6-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu mərkəzi aran rayonlarında günorta saatlarında 12-17 dərəcə isti, dağlarda isə günorta saatlarında 7-12 arasında dəyişəcək.
Yaxın iki gün ərzində meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.