Bu dəfə də ÜÇ QARDAŞ DOĞULDU
21 yaşlı Səidə Həsənova dünyaya üçəm övlad gətirib. Körpələrin üçü də oğlandır. Ailə Gəncədə yaşasa da, doğuş Bakıda Perinatal Mərkəzdə həyata keçirilib. Uşaqlar təbii yolla doğulub. Üçəmlərin həkimi Məryəm Rzayeva APA TV-yə bildirib ki, hazırda körpələrin vəziyyəti yaxşıdır. Birinci uşağın çəkisi 2 kq. 100 qram, ikincinin 2 kq. 100 qram, üçüncü uşaq isə 1 kq. 600 qramdır. Ana körpələrə ad fikirləşməyib. Ailənin bir qızı da var. O, üçəm gözləmədiyini və özünü yaxşı hiss etdiyini deyib. Üçəmlərin dünyaya gəlməsi ailəni sevindirib. Amma maddi sıxıntılar da var. Üçəmlərin atası dövlətin dəstəyinə ehtiyaclarının olacağını dedi. Bütün hallarda bu körpələrin vətənə xeyirli övlad olmasını arzulayırıq.